CÜMƏ, 2024-03-29, 5:30 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DƏRS 1 - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » İNGİLİS DİLİ » DƏRS 1
DƏRS 1
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-11-16, 12:56 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
1. Aa [ei] hərfı əsasən üç cür oxunur:

a) Aa hərfı vurğulu açıq hecada [ei] kimi oxunur: [ei] iki ınüstəqil səsdən ibarət olan bir mürəkkəb səsdir. Belə səsler diftonq (qoşa avazlı səslər) adlanır. Diftonqun birinci elementi bir qayda olaraq vurğulu olur.

date [deit] tarix (ayın)
name [neim] ad (adamın, bitkinin və.s)
take [teik] götürmək
table [teibl] stol
plate [pleit] boşqab
late [leit] gec

b) Aa hərfı vurğulu qapalı hecada [æ] oxunur.

[æ] səsini tələffüz edərkən dilin əsas kütləsi ağızın qabaq hissəsində olur və beləliklə ağızın arxa hissəsində boşluq yaranır. Dilin ucu alt dişlərə tərəf dartılır, ortası isə irəli dartdmaqla azca yuxarı qalxır. Dodaqlar isə azca yana dartılır. İngilis [аз] səsi Azərbaycan dilindəki (ə) səsi kimi tələffuz olunur, lakin ondan forqli olaraq [as] səsinin təleffüzündə alt çənə bir qədər aşağı enir, ınəsələn:
man [mæn] adam, kişi
bad [bæd] pis
map [mæp] xəritə

с) Aa hərfi vurğusuz hecada [ə] kimi oxunur. [ə] səsi həmişə vurğusuz olur. Bu səs Azərbaycan dili (ə) səsinin tələffüzünə yaxındır. İngilis dili [ə] səsinin tələffüzünü asanlaşdırmaq üçün ondan sonrakı qonşu hecanı daha vurğulu tonda demək lazım gəlir, məsələn: and [send] və (bağlayıcı) -ea hərfbirləşməsi [i:] oxunur.
meat [mi:t] ət (ərzaq növü)
sea [si:] dəniz
tea [ti:] çay (içməli)
Müqayisə edin:
sea [si:] dəniz
see [si:] görmək
meet [mi:t] görüşmək, rastlaşmaq, qarşılamaq meat [mi:t] ət (ərzaq növü)

2. İki cür oxunan samit hərflər:
1) S [es] hərfi adətən [s] kimi oxunur:
[s] səsi Azərbaycan dili (s) səsinə tam uyğun səsdir, məsələn:
see [si:] gönnək
sit [sit] oturmaq
sea [si:] dəniz

2) S s hərfi iki sait səs arasında və cingiltili samit səslərdən sonra [z] kimi oxunur və demək olan ki, Azərbaycan dili [z] səsinə tam uyğun gəlir, məsələn:
pens [penz] qələmlər
is [ız] -dır,-dir (xəbər şəkilçisi)
beds [bedz] çarpayılar
as [æz] belə (ki), kimi

3) С с [si:] hərfı iki cür oxunur:
а) С hərfi adətən [к] kimi oxunur, məsələn:
cap [кæр] şapka, papaq
cat [kæt] pişik
clean [kli:n] təmiz, təmizləmək

b) С hərfı i, e,y hərfləri qarşısında [s] oxunur, məsələn:
place [pleis] yer, yerləşdirmək
pencil [pensl] karandaş
face [feıs] üz, sifət; üz-üzə gəlmək
icy ['aısı] buzlu, buzla örtülmüş

4) G g. [dʒi:] hərfı iki cür oxunur:
a) G g h ərfi, adətən [g] kimi oxunur, məsələn:
flag [flæg] bayraq;
bag [bæg] çanta;
egg [egg] yumurta
Bu sözlərdə [g] səsi əsasən Azərbaycan dilində qəpik, qəşəng sözlərindəki (q) səsinin eynidir.

b) G g hərfi İ,-e,-y hərflərindən hər hansı birinin qarşısında gələrsə [dʒ] kimi oxunur. [dʒ] səsi Azərbaycan dilindəki © səsinə oxşayır, məsələn:
a page [ə'peidʒ] səhifə (kitab)
a gypsy [ə'dʒipsı] qaraçı (adam)
gin [dʒin] içki, araq növü

5) L 1 [el] hərfi həmişə bir cür oxunur:
[1] səsinin tələffüzü [t], [d], [n] səslərində olduğu kimi dilin ucu üst yuvaqlara söykənməklə əmələ gəlir. [l] səsi [n] və [m] kimi sonor səsdir. [1] səsi Azərbaycan dili (1) səsindən həm əmələ gəlməsinə, həm də qalınlığına görə fərqlənir, məsələn:

lamp [læmp] lampa

plate [pleit] boşqab

late [leit] gec, sonra

tell [tel] söyləmək

bell [bel] zəng /telefon/.

call [ko:l] çağmnaq

 
FORUM » ELM VƏ TƏHSİL » İNGİLİS DİLİ » DƏRS 1
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...