ÇƏRŞƏNBƏ AXŞAMI, 2018-10-16, 11:00 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MARAQLI VƏ QƏRİBƏ VƏSİYYƏTLƏR... - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » MARAQLI VƏ QƏRİBƏ VƏSİYYƏTLƏR...
MARAQLI VƏ QƏRİBƏ VƏSİYYƏTLƏR...
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2011-12-24, 1:52 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
MARAQLI VƏ QƏRİBƏ VƏSİYYƏTLƏR...

1. Siqaret hərisi Samuel Bratt öz vesiyyetini intiqam məqsədi ilə yazmisdir. Belə ki, birgə həyat boyu siqaret çəkməyə icazə verməyən həyat yoldaşına miras qoyduğu milyonları yalnız bir şərt ilə almağı vəsiyyət etmişdir: Həyat yoldaşı Gündə 5 siqaret çəkməlidir.

2. Milyoner xanım Leona Hamsley öz nəvələrinə 5 milyon, itinə isə 10 milyon dollar miras qoymuşdur. Mirası itin əlindən almasınlar deyə it öləndən sonra sahibi Leonanın yanında qiyməti 10 milyon dəyərində olan qara mərmərdən hazırlanmış nəhəng mavzoleydə basdırılmağı vəsiyyət etmişdir.

3. Ən müəmmalı vəsiyyətnaməni isə milliarder Michele Rotshild yazmışdır. Vəsiyyətdə yazılmışdır: Heçkəs mənim sərvətimin dəyərini ölçməsin, siyahıya almasın, heç bir şəxs arasında bölünməsin və heç bir dövlət orqanları buna müdaxilə etməsin! Buna görədə cənab Rotshildin mirası indiyənəcən bölünməz olaraq qalıb.

4. Ən uzun mirası isə Birləşmiş Ştatların yaradıcıların olan Thomas Jafferson yazmışdır. Onun vəsiyyətnaməsi Amerikanın tarixi, yaradıcıları haqqında, baş vermiş hadisələr, bayramlar, bədbəxt hadisələr, müharibələr haqqında ətraflı şəkildə yazılmış məlumat ilə başlayır. Sonda isə yalnız bir sətir cümlə ilə vəsiyyət sona çatır: Oğlum öz qullarını azadlığa buraxandan sonra mənim mirasıma sahib ola bilər!

5. Henri Ford isə öz mirasından 500 milyon nəğd pulu 4157 təhsil və xeyriyyə fondları arasında bölüşdürməyi vəsiyyət etmişdir. Bu miras Tarixdə vəsiyyət olunmuş ən böyük nəğd pul hesab olunur.

6. Ən qəliz və oxunması mümkün olan vəsiyyəti isə dahi fizik Nils Bor yazmışdır. Onun vəsiyyəti yalnız fiziki terminlərdən ibarət olduğu üçün adi insanların oxuması mümkünsüz idi. Bunun üçün xüsusi olaraq ekspert-linqvistlər dəvət olunmuşdur ki, tam 3 aydan sonra vəsiyyət oxunub başa çatdırılmışdır.

7. StarTeck fenomeninin yaradıcısı Jene Rodenberry öləndən sonra meyidini kosmosa aparmağı vəsiyyət etmişdir. 1997-ci ildə ispan sputnikinin köməyi ilə meyidin külü açıq səmaya atmosferin yuxarı qatına səpilmişdir.

8. 1841-ci ildə yazıçı Henrie Gayne Eugenie Mirat adlı savadsız, kobud bazar satıcısı ilə ailə həyatı qurmuşdur. Öz vəsiyyətnaməsində Gayne bütün var-dövlətini yoldaşına miras qoymuşdur. Yalnız şərtlə: o, öləndən sonra dərhal ərə getməlidir ki, kimsə Gaynenin öldüyünə təəssüflənsin deyə.
 
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » MARAQLI VƏ QƏRİBƏ VƏSİYYƏTLƏR...
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...