CÜMƏ, 2018-07-20, 1:05 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AQNOSTİSİZM - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FƏLSƏFƏ » AQNOSTİSİZM
AQNOSTİSİZM
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2011-12-24, 2:01 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
AQNOSTISIZM
Aqnostisizm (və ya naməlumçuluq) — tanrının, ya da tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan fəlsəfi cərəyan. XIX əsrin 2-ci yarısında formalaşıb.
Bu cərəyanın tərəfdarlarına aqnostik deyilir. Qədim yunan dilindəki "agnostos", yəni "bilinə bilməz olan" sözündəndir. Gerçəkdə, bir dindən ya da təlimlər bütünündən çox bir anlayışdır. "Naməlumçuluq" olaraq təyin olunması, əslində dinlərin qarşıya qoyduğu Tanrı anlayışının olmadığını iddia etmir. Bu axın, insanın bilmə bacarığının məhdud olduğunu və bu səbəblə, görülə bilənin ardındakı həqiqəti tuta bilməyəcəyini müdafiə edər.
Tomas Henri Haksli aqnostisizm haqqında deyir: İnsanların ölüm sonrası və tanrının varlığı barəsində öz fikirlərini irəli sürməkdən çəkinməkləri gərəkdiyini deməklə qalmamış, bu yöndən baxıldığında bu ola bilməz deyə biləcəyiniz heç bir fikir, ya da bu yalnışdır deyə biləcəyiniz heç bir məlumat olmadığını əlavə etmişdir.
Aqnostisizm bütün dinləri və onların irəli sürdüyü tanrıları qəti sürətdə rədd edir. Və dinlərin tanrıdan gəldiyini qəbul etmir. Amma teizmə daxil olan: təbiətə müdaxilə etməyən, bəlkə şuuru belə olmayan bir tanrının olub olmadığını bilə bilməyəcəyimiz fikrini müdafiə edir.
"Əslində bir ateistin düşüncəsi bir teistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını bilə biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu bilə biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür.."
Məhşur aqnostiklər:
İmmanuil Kant, Mett Stoun, Bertran Rassel, Tomas Xaksli, David Yum. Robert Anton Uilson, Stiven Vaynberq, Karl Saqan, Stiven Cey Quld, Fridrix Avqust fon Xayek, Vladimir Xolstinin, Albert Eynşteyn
 
FORUM » ELM VƏ TƏHSİL » FƏLSƏFƏ » AQNOSTİSİZM
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...