CÜMƏ, 2018-07-20, 1:22 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ OLA BİLMƏZ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » OLA BİLMƏZ
OLA BİLMƏZ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 10:39 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Hər qəlbdə iman ola bilməz.

Hər kəs gözəl insan ola bilməz.

Axşam yatan insan, dura tezdən,

Birdən - birə nadan ola bilməz.

Almaqla ələ badeyi-əlvan,

Ömrün-günün əlvan ola bilməz.

Çox aru-həyadan danışırsan,

İffətli lüt-üryan ola bilməz.

Hər natiqə əhsən demək olmaz,

Hər nitq dür-əfşan ola bilməz.

Məscid sökənə söyləmə insan,

Onda belə ünvan ola bilməz.

Allah evini sən dağıdırsan,

Bundan daha nöqsan ola bilməz.

Bildim niyə qansızlıq edirsən,

Daş qəlbdə çün qan ola bilməz.

Məscid nəyə lazım bunu da sök!

Bundan gözəl imkan ola bilməz.

Zalimlərə sən bunca güvənmə,

Sanma gözü giryan ola bilməz.

Məscidləri viranə qoyarkən,

Aləm demə viran ola bilməz.

Dünyadə mənəmlik eləyənlər,

Axırda peşiman ola bilməz?

Çox qayğını etdirmə nümayiş,

Səndən mənə ehsan ola bilməz.

Sən gözləgilən Həşri-Məadı,

Sorğun sənin asan ola bilməz.

Məskəndi sənə odlu cəhənnəm,

Çün cənnəti-rizvan ola bilməz.

Şeytan sənə sahiblik edirkən,

Əmma mənə mehman ola bilməz.

Səndən Ona üsyan olar etmək,

Ondan sənə divan ola bilməz?

Xanən ola möhkəm qala, sanma -

Ol yer ilə yeksan ola bilməz.

Qırğınlara bais olan insan

Öz qanına qəltan ola bilməz?

Eyvanına bəlkə sığışar ev,

Hər kəsdə bu eyvan ola bilməz.

Ləb-teşneyi Şaha susuzam mən,

Məndən sənə ətşan ola bilməz.

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » OLA BİLMƏZ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...