CÜMƏ, 2024-04-19, 4:50 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BURAX GÖZLƏRİNİN HƏBSİNDƏN MƏNİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » BURAX GÖZLƏRİNİN HƏBSİNDƏN MƏNİ
BURAX GÖZLƏRİNİN HƏBSİNDƏN MƏNİ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 0:23 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Çəkir varlığımı dara gözlərin,
Aparır ruhumu hara gözlərin?
Qara bir məhbəsdir qara gözlərin,
Burax gözlərinin həbsindən məni.

Yandırıb yaxmaqda od qüdrəti var,
Təkcə mən bilirəm nə hiddəti var,
Axı cəzanın da bir müddəti var
Burax gözlərinin həbsindən məni.

Qaldım cazibəndə, bihuş kimiyəm,
Mərhəmət gözləyən baxış kimiyəm.
Qəfəsə salınmış bir quş kimiyəm.
Burax gözlərinin həbsindən məni.

Günüm elə səndən şikayət olub,
Bu sevgi bir dastan, hekayət olub.
Məhəbbət nə vaxtdan cinayət olub?
Burax gözlərinin həbsindən məni.

Zindana könüllü saldım özümü,
Eybi yox, payıza döndər yazımı,
Mən günah eyləyim, artır cəzamı,
Saxla gözlərinin həbsində məni!

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » BURAX GÖZLƏRİNİN HƏBSİNDƏN MƏNİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...