ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-16, 9:14 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DÜNƏN TOYUN İDİ... - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DÜNƏN TOYUN İDİ...
DÜNƏN TOYUN İDİ...
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 0:17 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sağlıqlar deyildi cığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu,
Gözündən qəlbinə düsən cığırla,
Axan göz yaşını görən oldumu,

Sağlıqlar uzandı...Səhərə kimi,
Çalıb-oynadılar,keyf elədilər
Cırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər
Son ümid!O mənim gərəyim idi...
Yoluna şam tutdu necə qiz-gəlin,
Şam deyil!O mənim ürəyim idi:
Son dəfə yanirdi yolunda sənin.
Getdin...O köhnə yol nur yolu idi.
Izin düşən yerdə gül acmadı ki?
Özgəylə kecirdin o yolu indi,
Ayağın altından yer qacmadı ki?

Bu yollar nə yaman vəfasız imiş,
Niyə ciliklənib tökülmədilər
Düşüb qədəminə hər eniş,yoxuş,
Niyə ürəyimə cəkilmədilər...

Başına gül-cicək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get deyib"alnından öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər....

Güldün...Gülüşünün ömrü cox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yaninda sənin

Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut!
Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlanmiş
Nüsrət deyilmiş...

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DÜNƏN TOYUN İDİ...
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...