ÇƏRŞƏNBƏ AXŞAMI, 2018-10-16, 10:53 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İÇİ DOLDURULMUŞ ALMALAR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » İÇİ DOLDURULMUŞ ALMALAR
İÇİ DOLDURULMUŞ ALMALAR
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 2:56 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İçi doldurulmuş almalar

Ərzaqlar
4 ədəd turş alma;
250-300 qram toyuq əti;
1-2 ədəd soğan;
20 qram qara gavalı;
20 qram qoz ləpəsi;
2 diş sarımsaq;
20 qram kərə yağı;
1-1,5 stəkan toyuq bulyonu;
cəfəri, şüyüd;
duz, istiot.

Hazırlanma qaydası

Toyuq ətini təmizləyib, ət maşınından keçirin. Toyuğun sümüklərindən bulyon hazırlayın. Qara gavalını yuyub, xırda-xırda doğrayın. Həmçinin qoz ləpəsini də xırdalayın. Göyərtiləri yuyub xıda-xırda doğrayın.

Soğan və sarımsağı təmizləyib, xırda-xırda doğrayıb tavada 2 dəqiqə ərzində qızardın. Üzərinə çəkilmiş toyuq ətini (farşı) əlavə edib, 5-6 dəqiqə bişirin. Sonra farşın üzərinə qara gavalı, qoz ləpəsi, göyərti, duz və istiot əlavə edib qarışdırın. Almaların saplaq tərəfinin qapaq hissəsini kəsib, içini ovub, farşla doldurun. Sonra doldurulmuş almaları bişirmək üçün xüsusi dərin qabda, yaxud tavada yerləşdirib, hər almanın üzərinə bir parça kərə yağı qoyub və almaların kəsilmiş qapaq hissələri ilə örtün. Üzərinə toyuğun bulyonunu töküb, falqa kağızı ilə və yaxud qapaqla örtüb, 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » İÇİ DOLDURULMUŞ ALMALAR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...