ÇƏRŞƏNBƏ, 2018-02-21, 10:13 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ÇİYƏLƏKLİ MERENQA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
Page 1 of 11
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » ÇİYƏLƏKLİ MERENQA
ÇİYƏLƏKLİ MERENQA
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 2:52 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Çiyələkli Merenqa

"Merenqa" (Çalınmış yumurta ağı və şəkərdən hazırlanan pirojna) deməkdir.Mündəricat [gizlə]
1 Tərkibi
1.1 Peçenyesi üçün
1.2 Merenqa üçün
2 Hazırlanması
3 Mənbə

Tərkibi

Peçenyesi üçün

(10 porsiya)
Un - 200 qr
Şəkər - 60 qr
Kərə yağı - 60 qr
Xəmir qabardıcı(soda) - 5 qr
Yumurta - 1 ədəd
Qoz - 50 qr
Çiyələk - 150 qr

Merenqa üçün
Yumurta ağı - 2 ədəd
Şəkər - 150 qr

Hazırlanması

Yumurta,şəkər çırpılaraq, yağ,xəmir qabardıcı və un əlavə edilir. Xəmir yoğrulur. Zövqə görə xəmirə bir xörək qaşığı xama və bir çimdik duz qoyub,xırdalanmış qoz da əlavə edilir. Xəmir qozla yaxşıca qarışdırılır. Kündə 1 sm qalınlığında yayılır. Ağzı yuvarlaq bir stəkanla dairələr kəsilir. Duxovka listinə düzülüb 170 dərəcədə 10 dəqiqə bişirilir. Merenqa üçün şəkərə 50 ml su əlavə edib sirop düzəldilir,sonra yumurta ağları tədricən əlavə edilərək köpüklənənə qədər çırpılır. Əgər mikseriniz daha yaxşıdırsa,yumurta ağı ilə şəkəri sirop düzəltmədən çırpmaq olar. Peçenyelərin üzərinə çiyələk düzülür. Sonra onların da üzərinə mətbəx şprisi ilə merenqa qoyulur. Meranqalar yanmasın deyə üzərinə şəkildə göstərildiyi kimi dəmir tel qoyulur. Çiyələkli merenqanız hazırdır.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » ÇİYƏLƏKLİ MERENQA
Page 1 of 11
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...