ÇƏRŞƏNBƏ AXŞAMI, 2018-09-25, 0:54 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ YUMURTALI ƏT KÜFTƏLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » YUMURTALI ƏT KÜFTƏLƏRİ
YUMURTALI ƏT KÜFTƏLƏRİ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 2:49 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Yumurtalı ət küftələri

Ərzaqlar
600 qram çəkilmiş maı əti (farş)
2 ədəd soğan
2 diş sarımsaq
2 ədəd bişmiş yumurta
cəfəri
duz, istiot

Unlamaq üçün
2 ədəd yumurta
1 x.q. xardal
suxarı
bitki yağı

Hazırlanma qaydası

Soğanı, sarımsağı və cəfərini təmizləyib xırda-xırda doğrayın. Sonra soğanı tavada qovurub, üzərinə sarımsağı, göyərtinin yarısını əlavə edib 4-5 dəqiqə ərzində qızardın.

Çəkilmiş ətin (farşın) üzərinə qızartmada istifadə olunmuş yağı süzüb, içindəki qızardılmış ərzaqları əlavə edin. Sonra üstünə duz, istiot və qalan göyərtini qatın. Farşı yaxşıca qarışdırın. Hazırlanmış farşı 6 hissəyə bölüb, eyni ölçüdə küftə tutun.

Ayrı qabda yumurtanı sındırıb üzərinə xardalı qataraq yaxşıca çalın. Başqa qabda isə suxarı tökün.

Hazırlanmış farşın içinə bişmiş yumurtanı yerləşdirib küftə tutursuz. Sonra tutduğunuz küftələri suxarı yerləşən qabda diyirlədin. Həmçinin bu küftələri yumurta və xardal olan qarışığa batırıb, bitki yağında tavada qızardın. Sonra qızardılmış küftələri tavadan götürüb, 180 dərəcə qızdırılmış sobada 8 dəqiqə ərzində bişirin.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » YUMURTALI ƏT KÜFTƏLƏRİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...