BAZAR, 2018-11-18, 0:26 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ VANİLLİ HEYVA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » VANİLLİ HEYVA
VANİLLİ HEYVA
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 2:47 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Vanilli heyva

Lazım olan ərzaqlar

4 porsiya üçün
1 vanil qını;
5 ədəd qara istiot dənəsi;
250 qram şəkər tozu;
1 limonun sürtkəcdən keçirilmiş qabığı;
0,5 litr su;
4-5 ədəd heyva.

Hazırlanması

Vanil qınını iki yerə ayırmaq lazımdır ki, dənələri üzə çıxsın. Sonra onları iri şüşə qazana qoyur, üzərinə istiot, şəkər, limon qabığı və su əlavə edilir. Qarışıq orta səviyyədə yanan alovun üzərində qoyulur və şəkər əriyənə qədər qarışdırılır. Bundan sonra ocağın alovu azaldılır. Bu ərəfədə heyvanın qabığı soyulur, 4 yerə ayrılır və tumları çıxarılır. Əgər heyva iridirsə, 4 yerə ayrılmış hissələrin hər biri yenidən ikiyə bölünür. Hazırlanmış heyva vanil sirop qazanına yığılır. Bu zaman elə etmək lazımdır ki, heyva tikələri siropun içində itsin. Bundan sonra tort bişirmək üçün istifadə olunan kağız vərəqi əzib heyvaların üstünə qoymaq lazımdır. Bu qaynayıb azalmanın qarşısını ala bilər. Bu minvalla heyva 30 dəq bişirilir. Yəni tam yumşalana qədər. Sonra heyvalar kəfkirlə astaca siropdan çıxarılaraq qaba qoyulur və alovu artırılaraq sirop daha 8-10 dəq qaynadılır. Yəni bu əvvəlkinin 4 də 3 hissəsi qalana qədər. Süzülmüş sirop heyvanın üzərinə tökülür. Hazır desert süfrəyə soyuq və isti şəkildə qaymaqla verilir.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » VANİLLİ HEYVA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...