ÇƏRŞƏNBƏ, 2024-04-24, 9:24 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ TURŞU QOVURMA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » TURŞU QOVURMA
TURŞU QOVURMA
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 2:42 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Turşu qovurma

Tərkibi
3x3 sm həcmində doğranmış qoyun əti
Baş soğan
Şabalıd
Albuxara
Limon turşusu
Sarıkök
Duz, istiot

Hazırlanması

Əti yuyub bişirin. Şabalıdı çərtib (Şirin plovda şekil var) 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3-4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda “ölənədək” (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun. Bunları ətlə soğanın üstünə töküb astaca qarışdırın.

Fincana 0,5 ç.q. limon turşusu, bir az duz və 0,5 ç.q. sarıkök töküb 0,5 stəkan qaynar su əlavə edib qarışdırın. Əriyəndən sonra ətin üstünə töküb qarışdırın. 0,5-1 saat ərzində balaca odda xörək bişməlidir. Yaddan çıxmasın vaxtaşırı astaca qarışdırın.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » TURŞU QOVURMA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...