CÜMƏ, 2024-03-29, 9:45 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ƏBUKİR DƏNİZ DÖYÜŞÜ (1798) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » ƏBUKİR DƏNİZ DÖYÜŞÜ (1798) (ƏBUKİR DƏNİZ DÖYÜŞÜ (1798))
ƏBUKİR DƏNİZ DÖYÜŞÜ (1798)
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:57 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Əbukir dəniz döyüşü (1798)

Əbukir dəniz döyüşü - İnqilab müharibələrində həlledici döyüş kimi tarixə düşmüşdür. Bu döyüş 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir burnu yaxınlığında eyniadlı körfəzdə baş vermişdir. Döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. Bu qələbə ilə britaniyalılar 1790-cı ilə kimi Aralıq dənizi üzərində hökmran mövqeyini qoruyub saxlamışdırlar.

Tarixçəsi
Kral XVI Lüdovikin edamından sonra 1793-cü ildə bir çox Avropa monarxiyaları: Böyük Britaniya, İspaniya, Portuqaliya, o cümlədən alman və italyan dövlətləri Fransaya müharibə elan etmişdilər. İnqilabi əhval ruhiyyə, Napoleonun gənc sərkərdələrinin strateji bacarığı Fransanın hərbi müvvəffəqiyyətlərini təmin edə bilirdi.[1] 1795-ci ildə Fransa ordusu Niderlandı tutur. Prussiya və İspaniya elə həmin il fransızlarla sülh müqaviləsi bağlamış olurlar. Bununla da Fransanın təkidi ilə İspaniya Atlantik və Aralıq dənizi sahillərini Böyük Britaniyanın kral hərbi dəniz donanmasının (ing. Royal Navy) üzünə qapayaraq ona müharibə elan etmiş olur. 1779-cu ildə Avstriya bir sıra məğlubiyyətlərdən sonra Fransa ilə sülh bağlamağa məcbur olur. Portuqaliya və bir o qədər də rola malik olmayan Neapol, Siciliya və Malta adasını çıxmaqla Böyük Britaniya Fransa ilə müharibə vəziyyətində olan yeganə Avropa ölkəsi idi. Rusiya neytral olaraq qalırdı.[2] 1796-cı ildə Böyük Britaniya Fransanın hücumlarından ehtiyat edərək öz hərbi donanmasını Aralıq dənizindən geri çəkərək La Manş boğazı boyunca gözətçi mövqeyini tutmuşdur. Aralıq dənizinin ağası olmuş bu ölkə 1796-cı ildən artıq bu hövzədə heç bir hərbi dəniz bazasına malik deyildi.[3] Bu vəziyyətdən istifadə edən Napoleon Bonapart Misir ekspedisiyasına hazırlıq görür. 28 200 piyada, 2 800 süvari, 1 230 at, 60 səhra və 40 qala çökdürən topdan ibarət olan ekspedisiyada Fransua-Paul Bryui d'Aqalyenin komandanlığı altında 13 xətt gəmisi, 4 freqat və bir neçə toplu qayıq iştirak etmişdir.[4] 20 mayda Tulondan ekspedisiyanın bir hissəsi yola düşür. 21 mayda isə Genuyadan 72 gəmi, 28 mayda Korsikadan daha 22 gəmi onlara qoşulur. Sivitavesiya konvoyu Siciliya istiqamətində hərəkət edərək 6 iyun 1798-ci ildə artıq Maltaya 3 gün qabaqcadan yetişmiş olur.

Admiral Nelson fransız donanmasının izində

Britaniya hökumətinin fransızların Tulon, Marsel və Genuyadakı bu hazırlıq işlərindən xəbəri var idi. Nə məqsəd daşıması naməlum olduğundan fransızların qəflətən Siciliyaya, Neapol krallığına və Portuqaliyaya və hətta İrlandiyaya hücum edə biləcəklərini istisna etmirdilər. Bu məqsədlə admiral Nelsona ciddi tapşırıq verilmişdi ki, Tulon, Marsel və Genuyadakı hazırlıqların hansı məqsəd güddüyünü öyrənsin. Nəhayət Britaniya hökuməti fransızların Misir ekspedisiyası haqqında Nelsondan məlumat alır. 4 iyulda admiral Nelsonun donanması Antaliya sahilinə çataraq, Kretanın cənub ucuna istiqamət alır. 20 iyulda yenidən Siciliyaya çatmış olur. Sirakuzadan Nelson öz arvadına, Uilyam Hamiltona və admiral lord Stenli Vinsentə üç məktub yola salır. Hər üç məktubda fransız donanmasının axtarışından təngə gəlməsindən danışılır. O həyat yoldaşına yazırdı ki, indiyə kimi mən fransız donanmasını tapmağa müvəffəq olmamışam, amma heç kəs də məni lazımi səy göstərməməkdə qınaya bilməz.[6] 1 avqustda təzədən İsgəndəriyyəyə dönən Nelson fransız donanmasını aşkar edir.

Döyüş
1 avqust 1798-ci ildə admiral Bryui d'Aqalye təsəvvür edə bilmirdi ki, günün ikinci yarısı Britaniya donanması hücuma başlayacaq. Lövbər salmış fransız gəmilərinin qısa vaxt ərzində döyüş hazırlığı vəziyyəti ala bilməyəcəyi təqdirdə Britaniya donanmasına saat 15:00 da hazırlıq siqnalı verilir. 17:30 da Britaniya gəmiləri şimal-qərb tərəfdən Əbukir adasına yaxınlaşaraq, 18:00 da ala toranlıqda hücuma başlayırlar. HMS Goliathın kapitanı Tomas Foley 1764 cü ilə məxsus buxtanın fransız atlasına malik idi və ada ilə əsas sahil arasındakı ərazidə manevr etmək üçün körfəzin lazımi dərinliyə malik olduğunu bilərək fransız xətt gəmilərinin arxasına daxil olaraq hücuma keçir.[7] Onu arxasınca müşayət edən HMS Zealous, HMS Audacios, HMS Orion, HMS Theseus gəmiləri hücum zərbəsinin şiddətini artırmış olur.[8] Belə olan halda xəttin başında durmuş Guerrier HMS Goliathç HMS Audacious, HMS Orion və HMS Theseus gəmilərinin aramsız zərbələrinə məruz qalaraq döyüş qabiliyyətini itirmiş olur. Tomas Foley sahil və xətt gəmiləri arasında qətiyyətli manevr etməsi fransız gəmilərini iki tərəfli top atəşlərinə məruz qoymuşdur və artıq Guerrier, Aquilon, Peuple Souverain, Spartiate gəmiləri ağır zədə almışdırlar.[9] Güvvətli silah arsenalına malik fransızların cinah gəmisi L'Orient xəttin mərkəzində qərar tutmuşdur. Onun qarşısında mövqe tutmuş HMS Bellerophon ağır zədə alaraq döyüşü tərk etməyə məcbur olur. Təxminən 22:00 da Britaniya gəmiləri HMS Swiftsure və HMS Alexander L’Orienti aramsız atəşə tutması nəticəsində onun göyərtəsi alışmış olur. HMS Swiftsure gəmisinin kapitanı məqsədyönlü atəşi davam etdirərək fransız ekipajının yanğını söndürə bilməsinə mane olmağa çalışırdı. Bu an gəmidə olan ağır yaralanmış admiral Bryui d'Aqalye növbəti zərbədən ölür.

Nəticəsi
Fransızların on üç xətt gəmisindən on biri, dörd freqatından ikisi məhv edilmişdir. Admiral Fransua-Pol Bryui d'Aqalye ilə birlikdə yeddi kapitan, 1000[10] dənizçi həlak olmuş və 5200[11] dənizçi itkin düşmüşdür. 3500[12] dənizçi isə əsir görürülmüşdür. Fransız donanması tamamilə məhv edilmişdir. İngilislər isə cəmi 218 ölü və 677 yaralı itkisilə döyüşü parlaq qələbə ilə bitirmiş olur.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » ƏBUKİR DƏNİZ DÖYÜŞÜ (1798) (ƏBUKİR DƏNİZ DÖYÜŞÜ (1798))
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...