İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başladı. Növbəti illərdə müharibə daha geniş miqyas alaraq, demək olar ki, bütün ölkə və kontinentləri əhatə etməyə başladı. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə özü ilə zülm, 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına qəsd eləmişdi. Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Almaniya qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən “Soyuq müharibə”yə başladılar. İkinci Dünya Müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran almanlar 6 milyon yəhudinin həyatına son qoydular. İkinci dünya müharibəsinin xroniki ardıcıllıqda davam tarixi aşağıdakı kimidir: 1937 –ci il 7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar. 1938
* 15 iyul-10 avqust --- Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.
1939
* 23 avqust ---Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.
* 1 sentyabr--- Polşaya hücum olundu İkinci dünya müharibəsi başlandı.
* 3 sentyabr ---İngiltərə və Fransa Almaniyaya müharibə elan elədilər.
* 5 sentyabr ---ABŞ öz neytrallığını elan etdi.
* 17 sentyabr ---Sovet qoşunları Polşaya daxil oldular.
* 27 sentyabr ---Varşavanın kapitulyasiya olunması və almanların Polşaya yürüşünün başa çatması.
* 12 oktyabr ---Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.
* 8 noyabr--- Münxendə uğursuz sui-qəsd.
* 30 noyabr ---SSRİ Finlandiyaya müharibə elan edir.
1940
* 15 mart ---Sovet-fin müharibəsi sona yetir.
* 9 aprel--- Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
* 10 aprel ---Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.
* 22 iyun ---Fransanın kapitulyasiyasına dair akt imzalandı.
* 13 avqust ---Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
* 23 sentyabr ---İtaliya Şərqi Afrikaya yürüş etdi.
* 27 sentyabr ---Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
* 2 noyabr ---ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.
* 20 noyabr Macarıstan “Üçlüyə” daxil olur.
1941
* 1 mart Almaniya təzyiqi ilə Bolqariya da “Üçlüyə” daxil olur.
* 6 aprel Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana soxulur.
* 9 aprel Britaniya aviasiyası Berlini bombardman edir.
* 1 iyun İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.
* 16 iyun ---ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.
* 22 iyun--- Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burda onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.
* 12 iyul--- Almaniya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
* 11 sentyabr--- Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
* 30 sentyabr ---Faşistlər Moskvaya hücuma başladılar.
* 5 dekabr ---Sovet qoşunları Moskva ətrafındakı faşistlərə əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya müharibə elan etdi.
* 7 dekabr--- Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
* 11 dekabr ---Çin Almaniya və İtaliyaya müharibə elan etdi.
* 20 dekabr ---Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.
1942
* 1 yanvar Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
* 20 yanvar Berlində “Vanzey konfransı”. Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə dair müzakirələr apardılar.
* 18 aprel ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
* 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
* 13 sentyabr Stalinqrad uğrunda döyüşlər başlandı.
* 2 dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.
1943
* Kasablankada Ruzvelt və Çerçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.
* 31 yanvar- 2 fevral --- Stalinqrad döyüşü sona yetir.
* 19 Aprel Varşavada 56 min yəhudi qətlə yetirilirdi
* 13 mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
* 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
* 10 iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.
* 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
* 25 iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması elan olunur.
* 13 oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.
* 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
* 26 dekabr Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.
1944
* 6 iyun Sovet qoşunları Normandiyaya daxil olur. İkinci frontun açılması.
* 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
* 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
* 25 avqust ---- Rumıniya Almaniyaya müharibə elan edir.
* 19 sentyabr --- SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
* 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
* 31 dekabr --- Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.
1945
* 27 yanvar --- Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
* 4 fevral --- Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
* 13-14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.
* 2 mart Amerika qoşunları Reynə gəlirlər.
* 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
* 12 aprel Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.
* 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
* 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
* 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
* 30 aprel --- Adolf Hitler intihar edir.
* 8 may Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
* 9 may SSRİ Berlinə daxil olur və II Dünya Müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.
* 16 iyul ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
* 17 iyul--- Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.
* 6 avqust -- ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.
* 8 avqust--- SSRİ Yaponiyaya müharibə elan edir.
* 9 avqust --- ABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
* 14 avqust Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
* 2 sentyabr Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
* 14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.