Osmanlı-Rus müharibəsi (1676-1681) Qara dənizə çıxmaq üçün Rusiya imperiyası 1677-ci ildə Osmanlı imperiyası ilə müharibəyə başladı.Osmanlılar 1678-ci ildə Krım tatarlarının köməyi ilə Çigirin qalasını ruslardan aldılar.1681-ci ildə Baxçasaray sülhünə görə Osmanlı Andrusova sülhünün şərtlərini tanıdı və sol-sahil Ukraynasının Rusiyanın tərkibinə keçdiyini qəbul etdi. Osmanlı-Rus müharibəsi (1768-1774) 1768-1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılırdı.Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi əməliyyatlar uğurlu alınmadı.Əsas hərbi əməliyyatlar 1770-1771-ci illərdə oldu.Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ sahilinə keçdi. Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya Rusiyanın Balkanlarda güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqlara başlamağa məcbur etdi.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndindəsülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi).Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.Rus ticarət cəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilərdi.Rus gəmilərinə ilk dəfə Qara dənizdə üzmək hüququ verildi.Osmanlı 4,5 milyon rubl təzminat ödəməli idi.Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi.Osmanlı bu knyazlıqların idarə olunması haqqında şərtlərə əməl etməli idi. Osmanlı-Rus müharibəsi (1787-1791) Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi. Osmanlı dövləti Prussiya,Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi.Lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi.Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi.Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi.1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi.Avstrya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər.Belqradı ələ keçirən Avstrya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-ci ildə İsmyıl qalasını ələ keçirdi.Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi.Avstriyanın müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi ilə1791-ci ildə Yassada Osmanlı ilə sülh bağladı. 1. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın əlinə keçdi. 2. Dnest çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu. 3. Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verildi. 4. Osmanlı Krım haqqında iddialarından əl kəçdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi. Rusiya Qara dənizdə dəti olaraq möhkəmləndi.Osmanlıların həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi. Osmanlı-Rus müharibəsi (1806-1812) Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı. Lakin rusların Valaxiya və Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən sonra III Səlimi Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci il mayın 16-da Buxarest sülhü bağlandı. 1. Bessarabiya Rusiyaya keçdi. 2. Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq edildi. 3. Moldova və Valaxiya Osmanlıya qaldı, Serbiyaya isə özünüidarəetmə hüququ verildi.
|