SALYAN - FORUM
ŞƏNBƏ, 2014-09-20, 7:59 PM
ELM-TƏHSİL PORTALI.
Welcome QONAQ | RSS
ANA SƏHİFƏ SALYAN - FORUM QEYDİYYAT Login
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
Page 1 of 11
Forum moderator: Nariman_Qahramanli 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » SALYAN
SALYAN
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 9:38 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 861
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Salyan

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
1 799 (km²)
Əhali:
120 000
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
52
Telefon kodu:
0163
Poçt kodu (Mərkəzi PŞ):
AZ 5200
Yaşayış məntəqələrinin sayı
İcra başçısı:
Əliağa Hüseynov

Tarixi
Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" - yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ.Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir. O, sözünün sübutu üçün belə bayatını misal çəkir:

Əzizinəm sal yana,
Dara zülfün sal yana,
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.

Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. A.Bakıxanov göstərir ki, 1295-1304-cü illərdə Sultan Məhəmməd Qazan xan Arqun oğlu tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində iki qolu arasında Mahmudabad şəhəri salınmışdır. 1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1 292 ev 10 634 nəfər sakin olmuşdur. Çar Rusiyası zamanında 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi oldu. 1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır. Xalq sənəti: xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilik. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939-1959 illər istisna olmaqla)Salyan rayonuna aid olmuşdur.

Coğrafi mövqeyi
Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir. Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir. Rayonda 16 yaşayış məntəqəsi var.
Rayon Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər Babazanlı, Xıdırlı, Bəndovan və s. var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır. Palçıq vulkanları Qalmas, Xıdırlı, Babazanlı və s . var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz-qonur, boz–çəmən, çəmən–bataqlıq, şoran torpaqlar yayılmışdır.

Təbiəti
Bitki örtüyü yarım səhra və səhra tiplidir. Salyanda yerləşən Şirvan milli parkında ceyran, qırmızıquyruq qumsiçanı, kiçik Asiya qumsiçanı, gürzə, kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək, yaşılbaş ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz qartalı, qamışlıq belibağlısı, ağquyruq çökük burun, cüllüt, qaratirinqa, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, bildirçin, kəklik, dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni, qaratoyuq və s. heyvan və quş növləri vardır.
Düzənlik ərazilərində canavar və çaqqala, Kür qırağı ərazilərdə isə tülkü və vəhşi pişiklərə rast gəlinir.
Kürsəngi və Kürovdağ dağlarında mağaralar, Babazanlı dağında ısə müalicə əhəmiyyətli istisu mövcuddur. Kür çayının sahilini Tuqay meşələri bəzəyir. Bala Kür (Aqquşa) çayınin sahili səhərlər duman qalxanda çox mənzərəli olur. Dünyanın ən şor bulağı Şır-Şır da Salyandadir.

İqlimi
Yayı çox quraq keçən mülayim–isti iqlimi var. Orta temperatur qışda 8,5 °C, yayda isə 33,5 °C-dir. İllik yağıntı 250–400 mm.-dir. İlin ən soyuq gunləri yanvarın axırlarında (-1 °C), ən isti günləri isə sentyabırın əvvəlinə (42°C) təsadüf edir. Salyanda qədimdən sentyabrın isti gunlərinə "qora bişirən", "ceyranı kölgəyə qaçıran", "pambıq istisi" və bu kimi başqa adlar qoyulmuşdur.

Görkəmli şəxsləri
• Əli bəy Hüseynzadə — böyük Azərbaycan ədibi, ədəbiyyat tənqidçisi və filosofu, XX əsr türk-azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri.
• Xəlil Rza Ulutürk — şair, tərcüməçi, Azərbaycanın xalq şairi.
• Həsən Məmmədov — aktyor, Azərbaycanın xalq artisti.

İqtisadi xarakteristikası
Rayonun kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm kənd təsərrüfatı sahələridir. Salyan rayonunda plastik kütlə emalı, pambıqtəmizləmə və kərpic istehsalı zavodları fəaliyyət göstərir.
Vaxtilə rayonda böyük balıqçılıq təsərrüfatları olub. Hazırda isə respublikada realizə olunan balıq məmulatlarının böyük bir hissəsi Salyanın payına düşür. Salyan rayonu ərazisində, Kür çayından ovlanan ağ balıq və nərə qeyri-adi dada və ləzzətə malikdir. Ümumiyyətlə, mütəxəsislərin və qurmanların yekdil rəyinə görə Salyan rayonunda tutulan ağ balıq və nərə balığı dünyada ən dadlısı sayılır. Burada istehsal olunan qara kürü haqqında isə əfsanəyə çevrilmiş söhbətlər gəzməkdədir. Salyanda istehsal olunan qara kürü bütün dünyada ən baha satılan kürüdür.

Ölkə əhəmiyyətli abidələr
I Babazanlı yaşayış yeri (e.ə. I minillik);
Marışlı yaşayış yeri (XI-XV əsrlər);
Marışlı nekropolu (e.ə II minillik);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Mahmudabad yaşayış yeri (I-III əsrlər);
Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər);
Noxudlu yaşayış yeri (e.ə II minillik).

Yerli əhəmiyyətli abidələr
Salyan yaşayış yeri;
II Babazanlı yaşayış yeri;
Qırxçıraq yaşayış yeri;
Yuxarı Xalac yaşayış yeri;
Əndovan yaşayış yeri;
Xurşud yaşayış yeri;
Xurşud nekropolu;
Arbatan yaşayış yeri;
Şorsulu nekropolu;
Bəydili yaşayış yeri;
Qarabağlı yaşayış yeri.

Mətbəx
Şor balığın dolması, nərə kababı, balıq basdırması, təndir balığı, cücə çığırtması, Salyan təndir çörəyi, Salyan nabatı.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » SALYAN
Page 1 of 11
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2014. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ... Create a website for free