CÜMƏ AXŞAMI, 2024-03-28, 7:08 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İSMAYILLI QORUĞU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » İSMAYILLI QORUĞU
İSMAYILLI QORUĞU
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 0:08 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İsmayıllı dövlət təbiət qoruğu

İsmayıllı dövlət təbiət qoruğu - Böyük Qafqazın Cənub yamaclarında İsmayıllı rayonunun ərazisində yerləşir. 1981-ci il iyunun 12-də təbii kompleksi qorumaq məqsədilə İsmayıllı yasaqının yerində təşkil olunmuşdur. Sahəsi 5,78 min ha-dır. İki sahədən: dağ (dəniz səthindən 800 – 2250 m hündürdə) ümumi sahənin 96,3%-i və düzənlik (dəniz səthindən 600 – 650 m hündürdə) ümumi sahənin 3,3%-ni təşkil edir. Ərazinin 87%-i meşəlikdir, 4%-i subalp çəmənliyidir. Ərazi çay vadiləri və dağ yamacları vasitəsilə bir neçə sahəyə bölünür. Torpağı qonur – meşə, çürüntülü karbonatlı dağ – meşə və dağ – çəmənlikdir. İqlimimülayim – istidir.
Meşələri: palıd, vələs, fısdıq, göyrüş, ağcaqayın, qaracöhrə və s. ibarətdir.
Faunada – 40 növ məməlilər, 17 növ sürünənlər, 6 növ amfibiya, 4 növ balıq və 104 növ quşlar mövcuddur. Quşlardan – toğlugötürən quş, Qafqaz tetrası, qartal, qırğı dimdikli tetraçalan, məməlilərdən – qonur ayı, köpkər, yazıpişiyi, balıqlardan – çay xallı balığı Azərbaycanın Qırmızı kitabına salınmışlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixdə 115 N-li qərarına əsasən: “İsmailli dövlət təbii qoruğunun ərazisinin genişləndirilməsi barədə 10962 hektardan 16740 hektaracan çatdırılmışdır.”

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » İSMAYILLI QORUĞU
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...