CÜMƏ, 2024-03-29, 5:17 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ TÜRYANÇAY QORUĞU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » TÜRYANÇAY QORUĞU
TÜRYANÇAY QORUĞU
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 0:04 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Türyançay dövlət təbiət qoruğu

Türyançay dövlət təbiət qoruğu - 1958-ci il mayın 6-da Ağdam və Yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m. hündürdə təşkil olunmuşdur. Ümumi sahəsi 12,63-ha – dır və burada təbii landşaft (mənzərə) bərpa olunur və qorunur. Bu mənada püstə ağacı meşələrinə, ardıc kolluğuna, heyvanlar aləminə, torpaqların aşılaşmasına (eroziya) və Bozdağın (Turyançay və Alıcançay çaylarının arasında) təbii mənzərəsinə diqqəti nəzərə almaq lazımdır. Boz dağın tərkib hissəsini kiçik təbələr təşkil edir. Dağın cənub sahələrində torpaqlar eroziyaya uğramışdır və bitki aləmi demək olar ki, yoxdur.
İqlimi mülayim – isti, qışda qurudur. Qoruq sahəsinin 73%-ni meşə zolaqları təşkil edir, qalan sahələr meşəsizdir. 4 növ ardıc kolları mövcuddur. Vaxilə kəsilmiş, doğranmış ağacların sahəsində yovşan, dənli bitkilər, çoxillik və cürbəcür ardıc kolluqları, palıd, qaraağac, qovaq ağacı, qızılağac, söyüd ağacı, iydə ağacı, doqquzdon kolu və başqa bitkilər yetirşdirilmişdir. Qoruğun sahəsində 60 növ ağac və kolluqlar mövcuddur. Qoruğun heyvanlar aləmi sayca az olsa da, tərkibi çox müxtəlifidr. Burada 24 növ məməlilər, 20 növ sürünənlər, 112 növ quşlar, 3 növ suda – quruda yaşayan heyvanlar mövcuddurlar. Müsbət halların çox olmasına baxmayaraq, bir çox növlər: adi nar, cır üzüm, qonur ayı, qaban, meşə pişiyi, porsuq, dovşan, kəklik, qırqovul, müşkül quşu, keçəl kərkəs, gürzə ilanı Qırmızı kitaba salınmışlar.

 
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 0:05 AM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Türyançay qoruğu

Türyançay qoruğu - 6 may 1958-ci ildə Ağdaş və Yevlax rayonları ərazisində dəniz səviyyəsindən 400-650 m yüksəklikdə yaradılmışdır. Sahəsi 12, 63 ha olan bu ərazidə arid landşaftın təbii kompleksi mühafizə və bərpa olunur. Xüsusilə ardıc və püstə meşələri, heyvanat aləmi, asanlıqla erroziyaya məruz qalan torpaqlar və Bozdağın (Türyançay və Əlicançay arasında) digər təbii kompleksləri buraya aiddir.

Təbiəti
Bozdağ yamacları demək olar ki, bitki örtüyündən məhrum olan, güclü erroziyaya məruz qalmış alçaq təpələrdən ibarətdir. Torpaqları açıq-şabalıdı və qonur torpaqlardır. Mülayim-isti və quru iqlimə malikdir.

Florası
Ərazinin 73%-ini meşə, 26%-ni isə qeyri-meşə sahələri təşkil edir. Respublikamızın ərazisində təsadüf edilən ardıcın 6 növündən 4-ə məhz burada təsadüf edilir. Kəsilmiş seyrək meşələrin yerində yovşanlı-dənli bitkilərlə, tək-tük fıstıq və ardıc ağacları ilə örtülü alçaq təpəli düzlər yaranmışdır. Bu ərazidə həmçinin İberiya palıdı, qarağac, Gürcüstan ağcaqayını, qovaq, cənub söyüdü, ziyilli qızılağac, iydə, Şərq doqquzdonu və s. kimi bitkilər geniş yayılmışdır. Burada 60 növ ağac və kol bitkilərinə təsadüf edilir. Bunlardan adi nar və adi üzüm Qırmızı Kitaba daxil edilmişdir.

Faunası
Qoruğun heyvanat aləmi azsaylı olmasına baxmayaraq, növ tərkibi etibarilə çox zəngindir. Burada 24 növ məmıli, 20 növ sürünən, 112 növ quş, 3 növ suda-quruda yaşayana rast gəlinir. 9 növ onurğalı heyvan Qırmızı Kitaba daxil edilmişdir. Burada ayı, qaban, meşə pişiyi, dovşan, porsuq, kəklik, qırqovul, ağbaş bayquş, qara kərkəs və sürünənlərdən isə gürzəyə təsadüf edilir.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » TÜRYANÇAY QORUĞU
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...